Modern.az

Həftənin ilk iş gününün hava PROQNOZU

Həftənin ilk iş gününün hava PROQNOZU

Təhsil

26 Oktyabr 2014, 14:16

Sabah Azərbaycan ərazisində soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də havanın temperaturu gecə 6-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı