
Ermənistanın Kəlbəcərdə girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin sabah işğal olunmuş Xankəndində heç bir hüquqa söykənməyən “məhkəmə”si başlayacaq.
Bu gün məsələ ilə bağlı QHT Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupunun toplantısı keçirilib. Qrupun rəhbəri Elşad Eyvazlının verdiyi məlumata görə, onlar girovlarla bağlı Azərbaycandakı Rus İcması və Bakı Yeparxiyasına müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik.
Azərbaycanın Rus İcması və Bakı Yeparxiyasına müraciət
Azərbaycan Respublikası tolerant bir ölkə olaraq,daxilində yaşayan hər bir xalqa onun rifah və azad yaşaması üçün hər bir zaman lazimi diqqət ayrımış və əsasəndə rus etnik icmasının sülh şəraitində yaşamasına böyük önəm vermişdir.
Ölkə daxilində yaşayan ruslar dövlətimizin ən çətin və ağrılı zamanlarında, Azərbaycan torpaqlarının müdafiə olunmasında belə qəhrəmancasına döyüşmüş və bu torpaqlarda şəhid olmuşdur. Xalqlarımız arasında tarixi və mədəni əlaqələrin yüksək həddə inkişafı bizi bir sıra məsələlərin həllində birləşməyə çağırır.
Hamımıza məlumdur ki, 2014-cü ildə iyul ayının əvvəllərində Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna öz ata-babalarının qəbrlərini ziyarət etməyə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş və insan hüquqlarına sığmayan işgəncələrə məruz qalmışlar.
Hörmətli Rus İcması və Bakı Yeparxiyası!
Nəzərinizə çatdıraq ki,girov götürülmüş Dilqəm Əsgərov Kəlbəcərdə doğulub,boya-başa çatsa da məhz Rusiya Federasiyasının vətəndaşıdır.Tarix bütün dövrləri ərzində Rusiya Federasiyasının öz vətəndaşı üçün hansı şəkildə mübarizə aparmasının şahidi olub.
Və biz inanırıq ki, Rusiya Federasiyası bu gün də öz vətəndaşına sahib çıxacaq və erməni zorakılığına lazimi hüquqi cavabı verəcəkdir.
Sizə müraciət etməkdə məqsədimiz ölkə daxilində,eləcə də beynəlxalq aləmdə olan nüfuzunuzdan istifadə edərək Rusiya Federasiyası vətəndaşı olan Dilqəm Əsgərovun girovluqdan azad edilməsi üçün Rusiya Federasiyası, Rus Pravoslav Kilsəsi və dünyanın digər ölkələrinə,kilsələrinə həqiqətin çatdırılması,girov düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələrinə qayıtmasına yardımçı olasınız.
Modern.az