Kastamonuda ac qaldığı üçün kəndə qədər enən ayı 50 gün əvvəl dəfn edilən bir meyiti qəbirdən çıxararaq yeyib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kastamonu Şəbəkəli rayonuna bağlı Yağlıca məhəlləsində 50 gün əvvəl yoluxduğu bir xəstəlik nəticəsində həyatını itirən 54 yaşlı Xəlil Ünivarın məzarı səhər saatlarında göbələk toplamağa gedən vətəndaşlar tərəfindən dağıdılmış bir şəkildə görülüb. Cəsəd isə qəbirdən 2-3 metr irəlidə olub. Kənd sakinləri polisə xəbər verəndən sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanları protokol tərtib ediblər. Sonra cəsəd yenidən kəfənlənərək eyni məzara dəfn edilib. Meyitin məzardan 2-3 metr irəliyə sürüdülərək, orada bir qismi aç qalan ayılar tərəfindən yeyildiyi müəyyənləşdirilib. Həmçinin qəbir ətrafında ayının ayaq izlərinə rast gəlinib. Cəsədin yenidən dəfn edilməsinin ardından ətrafa pis qoxu yayılmaması və xəstəliklərdən qorunmaq üçün əhəng tökülüb. Bundan başqa, məzarın üstü tikanlı məftillərlə örtülüb.




Modern.az