Modern.az

“Coca Cola”nın 127 ildir qorunan sirri açıqlandı

“Coca Cola”nın 127 ildir qorunan sirri açıqlandı

Təhsil

27 Oktyabr 2014, 11:07

Amerika qaynaqlı Thisamericanlife.org adlı sayt “Coca-Cola”nın hazırlanma mexanizmini bildiklərini açıqlayıb və məhsulun məzmunundakı maddələri nəşr edib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu zamana qədər sirr olaraq qalan düstur 1886-cı ildə kimyaçı Con Pemberton tərəfindən tapılıb. İlk olaraq eyni il Atlantada satılmağa başlanan içki, daha sonra dünyada 200 ölkədə satışa çıxarılıb.

“Coca-Cola”nın hazırlanma düsturu hazırda ABŞ-ın Corciya ştatının Atlanta şəhərində 24 saat boyunca qorunan bir zirzəmidə saxlanılır.

Saytın yayımladığı tərkib belədir: limon turşusu 84.9 qram, kafein 28.3 qram, şəkər 30 (miqdarı müəyyən deyil), su: 9.5 litr, yaşıl limon suyu 0.94 litr, vanil 28.3 qram, karamel 42.5 qram.

Siropu üçün spirt 226.4 qram, portağal yağı 20 damla, limon yağı 30 damla, hindistan qozu yağı 10 damla, keşniş 5 damla, portağal çiçəyi yağı 10 damla.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı