Ötən gecə futbol üzrə Cənubi Afrika Respublikası (CAR) milli komandasının qapıçısı, eyni zamanda kapitanı olan Senzo Meyiva qətlə yetirilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Yohannesburq şəhərinin 20 kilometr cənubunda yerləşən Vesluruse qəsəbəsində baş verən hadisə zamanı 27 yaşlı futbolçu odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. Xəstəxanya çatdırılsa da, həkimlər Meyivanın həyatını xilas edə bilməyiblər. Qatilin tapılması üçün CAR polisi fəal axtarış əməliyyatlarına başlayıb. Senzo Meyiva CAR futbol liqasındakı “Orlando Payrets” klubununu şərəfini qoruyub. Bundan başqa, mərhum futbolçu Afrika Millətlər Kubokundakı son 4 matçda Cənubi Afrika yığmasının kapitanı olub.
Vüqar İsmayılov