Modern.az

“Təhsildə inkişaf dərinləşib, ixtisaslar yenidən müasirləşdirilib”

“Təhsildə inkişaf dərinləşib, ixtisaslar yenidən müasirləşdirilib”

Təhsil

27 Oktyabr 2014, 11:26

Bu  gün İqtisadiyyat Universitetində İnnovativ Biznes İnkubatoru mövzusunda layihənin təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Universitetin rektoru Ədalət Muradov gənclərin əsas məqsədlərindən danışıb: "Gənclərin əsas məqsədləri biznes biliklərinə yiyələnmək, öz bizneslərini qurmaq, menecerlik və s. biliklərə yiyələnməkdir".

Onun sözlərinə görə, inkubator üzrə 4 bölmə startap layihələri yardılacaq və bununla bağlı  apreldə qərar da qəbul edilib. Rektor bildirib ki, burada müxtəlif tərcümə mərkəzləri var və virtual müəssisə kimi fəaliyyət göstərirlər.

Tədbirdə çıxış edən Təhsil Naziri Mikayıl Cabbarov təhsildəki inkişafdan söz açıb: “Təhsildə inkişaf dərinləşib, ixtisaslar yenidən müasirləşdirlib, innovativ biznes layihəsi genişlənib. Və belə bir layihənin bu universitetdə yaradılması təsadüfi deyil. Burada sahibkarlar yetişir və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi baxımından maraqlı layihədir. Bu layihə müştəri ilə ünsiyyətdə olmaq və nəzəri biliklərin bazar iqtisadiyyatına tətəbiq edilməsinə xidmət edən layihə olacaq”.

Daha sonra çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov  layihənin gələcək perspektivlərindən danışıb:”Bu layihə kadrların hazırlanmasına xidmət edəcək, onların sahibkarlıq və biznes bacarıqlarına yiyələnməsinə dəstək olacaq. Ali təhsil müəssisələrində belə layihələrin həyat keçirilməsi təqdirəlayiqdir. Eyni zamanda bu layihə gənclərin sahibkarlıq fəaliyyətlərinin önə çıxmasına kömək edəcək”.

Qeyd edək ki, layihənin tərkibinə tərcümə mərkəzi, peşəkar mühasibat mərkəzi, veb dizayn studiyası və video reklam  studiyası daxildir.

Məltəm TALIBZADƏ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı