Modern.az

Azərbaycanlı girovların məhkəməsi başladı: Dilqəm Əsgərov ittihamları rədd etdi - YENİLƏNİB

Azərbaycanlı girovların məhkəməsi başladı: Dilqəm Əsgərov ittihamları rədd etdi -  YENİLƏNİB

Təhsil

27 Oktyabr 2014, 13:05


Azərbaycanın işğal altındakı Xankəndi şəhərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın 1-ci instansiya məhkəməsində kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə prosesi başlayıb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma məhkəmə azərbaycanlı girovların rus dilini zəif bilməsi səbəbindən çətinliklə aparılır. Anatoli Tadevosyanın sədrliyilə keçirilən məhkəmə prosesində Dilqəm Əsgərovu və Şahbaz Quliyevi vəkillər Erik Beqlaryan və Arkadi İsraelyan "müdafiə edir".

Dövlət ittihamçısı isə prokuror Karen Qabrielyandır.

Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərin şəxsiyyəti, ailə vəziyyəti və bundan əvvəl məhkum olub-olmaları dəqiqləşdirilib. Dilqəm Əsgərovun bundan əvvəl Azərbaycanda 15 sutkalıq, Şahbaz Quliyevin isə 6 il həbsdə yatdıqları aydın olub.

Azərbaycanlı girovların onlara elan olunan maddələr üzrə günahlarını qismən etiraf etdikləri bildirilir. Dilqəm Əsgərov ifadəsində 2005-ci ildə Şahbaz Quliyevlə Dağlıq Qarabağa gəldiyi barədə iddiaları rədd edib. Bundan başqa, o, həm də 2007-ci ildə 2 dəfə - Raffi və Vaqif adlı şəxslərlə, bir dəfə isə təkbaşına öz yaxınlarının qəbrini ziyarət etmək üçün Kəlbəcər ərazisinə keçdiyi barədə iddianı da etiraf etməyib.

O, yalnız 2014-cü ilin yayında Şahbaz Quliyev  və Həsən Həsənovla birlikdə işğal olunan Qarabağ torpaqlarına daxil olduğunu etiraf edib. Bundan başqa, Əsgərov ona elan olunmuş “casusluq” və “qəsdən adam öldürmə” ittihamlarını qəbul etməyib. O yalnız qanunsuz silah gəzdirmək, pul, sənəd və mal-qara oğurluğunda özünü təqsirli bilib.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı