Modern.az

Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniya universiteti arasında əməkdaşlıq müzakirə olunub

Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniya universiteti arasında əməkdaşlıq müzakirə olunub

Təhsil

27 Oktyabr 2014, 12:35


Dünyanın ən qabaqcıl universitetlərindən biri olan Böyük Britaniyanın London Kral Kollecinin (King's College London) beynəlxalq marketinq üzrə departament müdiri Nelli Soloqaşvili və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi Nomi Veinberq Bakı Ali Neft Məktəbində olublar.

BANM-dən Modern.az-a verilən məlumata görə, qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən  BANM-nin rektoru Elmar Qasımov,  London Kral Kollecinin nümayəndələrini Bakı Ali Neft Məktəbinin yaranma tarixi, əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumatlandırıb, Ali məktəbin yaradılmasında əsas məqsəd kimi Azərbaycanda beynəlxalq standartlara,  həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların  məhz öz ölkəmizdə yetişdirərək, texniki fəaliyyət və sənayə sahələrində olan ingilisdilli peşəkar kadr tələbatının ödənilməsini göstərib. Bu baxımdan rektor BANM-in  dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə  ali təhsil verən müəssisələriylə  və  Böyük Britaniyanin Heriot-Vatt universiteti, neft-qaz şirkətləriylə sıx münasibətlərinin olmasını vurğulayaraq, bildirib ki,  BANM tələbələrin praktiki biliklərini artırmaq məqsədi ilə onları adları çəkilən müəssisələrə göndərir.

Daha sonra rektor BANM-in tikilməkdə olan yeni və müasir kampusunun Qafqaz regionunda ən böyük kampus olacağını qonaqların nəzərinə çatdıraraq, orada yaradılan hər cür şərait haqqında geniş təsviredici məlumat verib. Görüş çərçivəsində  Elmar Qasımov dünyada məşhur olan London Kral Kollecində kimya mühəndisliyi ixtisası üzrə əməkdaşlığın qurulmasında BANM üçün maraqlı olduğunu qonaqların diqqətinə çatdırıb, bununla əlaqədar olaraq London Kral Kolecinin rektorunu Bakıya və BANM –də qonaq olmağa dəvət edib və Azərbaycana səfər çərçivəsində ali təhsil ocağlarının rəhbərləri ilə görüş keçirməyi təklif edib.  Öz növbəsində London Kral Kollecinin əməkdaşları BANM-də qonaq olmalarından məmnunluq ifadə edərək, təmsil etdikləri universitet haqqında ətraflı məlumat verib, xarici tələbələrin Kral Kollecinin proqramları üzrə doktorontura səviyyəsində təhsil almalarında maraqlı olduqlarını nəzərə çatdırıblar.

Görüşün sonunda BANM tələbələrinin gələcəkdə Londonun Kral Kollecində texniki ixtisaslar üzrə magistratura və doktorantura səviyyəsində təhsil almalarının indiki imkanları və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri muzakirə olunub, London  Kral Kollecinin yüksəkixtisaslı kadrlar tərəfindən professional kursların və treninqlərin BANM-də keçirilməsi təklif olunub. Eyni zamanda universitetlər arasında ikitərəfli əməkdaşlığın qurulması istiqamətində təkliflər və  tovsiyələr verilib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı