Yelisey sarayı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu gün Parisdə Fransua Olland, İlham Əliyev və Serj Sərkisyan arasında keçiriləcək görüşlərin qrafikini açıqlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qrafikə əsasən Bakı vaxtı ilə saat 15:00-da Fransa prezidenti Fransua Ollandla Azərbaycan prezidenti İlham Əliyevin görüşü keçiriləcək. Saat 16:15-də isə Ollandın Ermənistan prezidenti Serj Sərkisyanla görüşü baş tutacaq. Prezidentlərin üçtərəfli görüşü isə Bakı vaxtı ilə 22:00-da baş tutacaq. Görüşlər yekunlaşdıqdan sonra saat 00:00-da prezidentlərə şam yeməyi süfrəsi açılacaq.
Modern.az