Modern.az

İlham Əliyev Fransua Ollandla görüşdü

İlham Əliyev Fransua Ollandla görüşdü

Təhsil

27 Oktyabr 2014, 16:17


Fransada səfər olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin dövlət başçısı Fransua Ollandla görüşüb. Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevi Parisdəki Yelisey Sarayında qarşılayıb.

Dövlət başçılarının görüşündə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. “Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulandı.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Azərbaycan prezidenti bu gün Ermənistan rəhbəri Serj Sərkisyanla Parisdə Dağlıq Qarabağa dair sülh müzakirələri aparacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 16:15-də Fransua Ollandın Serj Sərkisyanla da görüşü gözlənilir. Prezidentlərin üçtərəfli görüşü isə saat 22:00-da olacaq.

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı