Azərbaycan prezidenti İlham Əliyevin Parisdə Ermənistan dövlət başçısı Serj Sərkisyanla təkbətək görüşü başlayıb. Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Armen Saqatelyan özünün twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, bu, Azərbaycan və Ermənistan prezidentlərinin avqust ayında qoşunların təmas xəttində hər iki tərəfdən itkilərlə müşayiət olunan gərginlikdən sonrakı üçüncü görüşüdür. Birinci görüş Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə elə avqust ayında Soçidə olmuşdu.
Daha sonra isə müzakirələr ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə Uelsdə davam etdi.
***
Ermənistan prezidentinin mətbuat katibi Armen Saqatelyan artıq görüşün başa çatdığını bildirib.
Qeyd edək ki, Bakı vaxtı ilə 22:00-da üçtərəfli formatda - Azərbaycan-Fransa-Ermənistan prezidentlərinin görüşü başlayacaq.
Modern.az