Modern.az

Ayrı-ayrı qidalara olan hədsiz iştaha nədən xəbər verir? - MARAQLI

Ayrı-ayrı qidalara olan hədsiz iştaha nədən xəbər verir? - MARAQLI

Təhsil

27 Oktyabr 2014, 22:06

İnsanların ayrı-ayrı qida məhsullarına tələbatının, xüsusi iştahasının olmasının tez-tez şahidi oluruq. Belə tələbat nədən xəbər verir? Orqanizm bu tələbatla sahibinə hansı xəbərdarlığı edir?  Modern.az bu suallara cavabları təqdim edir.

Alma.



İnsanın bu meyvəyə qarşı hədsiz tələbatı xolesterinin miqdarının yüksəlməsindən, ürəklə bağlı yaranacaq problemlərin başlanğıcından xəbər verir.

Limon.



Limona qarşı hədsiz istək öd kisəsi və qaraciyərin mümkün problemlərinə işarədir.

Kələm.



Əgər insanın könlündən tez-tez kələm yemək keçirsə demək bağırsaqların fəaliyyətində hər şey qaydasında deyil.

Zeytun.


Süfrəsini zeytunsuz təsəvvür edə bilməyən insanlar qalxanvari vəzin vəziyyətinə diqqət yetirməlidirlər.

Dondurma.



Kiminsə iştəhasından ilin fəsillərindən asılı olmayaraq hər zaman dondurma keçirsə mütləq dayaq-hərəkət sisteminin vəziyyəti ilə maraqlanmalıdır.

İstiot.



Xörəyin dadına baxmadan belə ona istiot əlavə edən insanların orqanizmində iltihabi proseslərin inkişaf etməsi və tonus zəifliyi mümkündür.

Şokolad.



Şirniyyata həvəs, xüsusilə şokolada yüksək tələbat sinir sisteminin gərginliyindən xəbər verir.

Bu qida məhsullarına olan həvəs və tələbat heç bir xəstəliyin əlaməti olmaya da bilər. Amma hər halda orqanizmin verdiyi siqnala reaksiya verməklə şübhələrdən çıxaraq iştəhamızı daha sağlam etmək olar.

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı