Modern.az

Almaniya - Azərbaycan Mədəniyyət Evi girovlarla bağlı müraciəti prezidentlərə göndərib

Almaniya - Azərbaycan Mədəniyyət Evi girovlarla bağlı müraciəti prezidentlərə göndərib

Təhsil

27 Oktyabr 2014, 22:29

Dünən QHT Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu Kəlbəcərdə Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə kömək etmələri üçün Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland, eləcə də Avropa Komissiyasının prezidenti Jean-Claude Junker, Avropa parlamentinin sədri Martin Schultza müraciət etmişdilər.

Onların bu müraciətləri artıq ünvanlarına çatdırılıb.

Bu barədə Modern.az saytına Almaniya - Azərbaycan Mədəniyyət Evindən məlumat verilib.

Verilən məlumatda qeyd edilir ki, azərbaycanlı jurnalistlərin müraciəti Almaniya - Azərbaycan Mədəniyyət Evində fransız və alman.dillərinə tərcümə edilərək rəsmi blankla yuxarıda adları çəkilən şəxslərin ünvanlarına göndərilib.
Həmin müraciətlər eyni zamanda faksla da həmin şəxslərə ünvanlanıb.
Almaniya - Azərbaycan Mədəniyyət Evindən onu da bildiriblər ki, bu istiqamətdə səylərini davam etdirəcəklər.

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı