Modern.az

Kakao yaşlanmağın qarşısını alır

Kakao yaşlanmağın qarşısını alır

Təhsil

27 Oktyabr 2014, 23:38


ABŞ-ın Kolumbiya Universitetinin  Tibb Mərkəzi tərəfindən aparılan elmi tədqiqatlar nəticəsində məlum olub ki, kakaodan əldə edilən flavanol adlı maddə yaşlanmaqla bağlı ortaya çıxan yaddaş itkisi problemini aradan qaldırmağa qadirdir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma, yaşlanma ilə əlaqədar olaraq meydana gələn yaddaş itkisinin beynin müəyyən bir hissəsindəki dəyişikliklərdən qaynaqlandığını və qida möhkəmlənməsinə ehtiyac duyulan ilk iş olması baxımından əhəmiyyət daşıyır.   Taube İnstitutundan professor Adam M. Brickmanın apardığı tədqiqatlar “Nature Neuroscience” adlı elmi jurnalı ilə yanaşı Kolumbiya Universitetinin  internet saytında nümayiş olunub.   Yaşları 50 ilə 69 olan 37 sağlam xəstə üzərində 3 ay davam edən araşdırmada bir qrupa gündə 900 milliqram yüksək flavanol, digər qrupa isə gündə 10 milliqramlıq aşağı flavanol tərkibli pəhriz qidası qəbul edib.

Araşdırma sonundahəyata keçirilən 20 dəqiqəlik şəkil tanıma testində, yüksək flavanol möhkəmlətməsi alan qrupun digər qrupa görə əhəmiyyətli dərəcədə müvəffəqiyyətli olduğu müşahidə edilib.   Araşdırma qrupunu veteran üzvü, Nevrologiya Professoru Scott. A. Small, yaddaş testilə bağlı verdiyi açıqlamada “İşin başında 60 yaşındakı insanların yaddaş xüsusiyyətlərini daşıyan iştirakçıların yaddaşları 3 ay sonunda 30-40 yaş yaddaşına çatdı” dedi.   Small buna qarşılıq tapdıqları nəticənin eyni araşdırmanın daha geniş bir qrup üzərində təkrarlanaraq təsdiq ediləcəyindən sonra elmi bir dəyəri ola biləcəyini deyib.      

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı