Qırğızıstan ətraf mühiti mühafizə və meşə təsərrüfatı dövlət agentliyinin məmuru rüşvət kimi aldığı 9,5 min dolları yandırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məmur 8 baş Sibir dağ keçisinin və 5 baş qoyunun ovuna icazə verilməsi üçün 15,4 min dollar istəyib. Zərərçəkən polisə müraciət edib. Məmura qarşı cinayət işi qaldırlılb və rüşvətin bir hissəsinin – 9,5 min dolların nağd şəkildə məmura verilən anında yaxalanması qərarına gəlinib. O, şübhələnərək mənzilinin qapısını hüquq-mühafizə orqanları əməkdaşlarının üzünə bağlayıb.
Əməliyyatçılar məmurun mənzilinə eyvandan giriblər. Bu zaman rüşvət almaqda şübhəli bilinən şəxs aldsığı pulu yandıraraq sakitcə milislərin gəlişini gözləyib. Bundan sonra hüquq-mühafiz orqanlarının ona rüşvət almasını süqbut etmək çətin olacaq.
Modern.az