Oktyabrın 26-da Bolqarıstanın Köstəndil şəhərində kartinq üzrə Bolqarıstan çempionatının sonuncu - altıncı mərhələsi keçirilib. Azərbaycan Avtomobil Federasiyasından Modern.az-a verilən məlumata görə, Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev çempionatda “DD2” kateqoriyasında yarışıb.
Sonuncu mərhələnin finalında 6 idmançı iştirak edib. Azərbaycan təmsilçisi “DD2” kateqoriyasında 2-ci yerin sahibi olub.Gülhüseyn Abdullayev kartinq üzrə Azərbaycan çempionudur. 2013-cü ildə “Rotax Max Challenge Türkiyə”nin “junior” kateqoriyasında qalibi olaraq ABŞ-ın Nyu-Orlean şəhərində keçirilmiş "Rotax Max Challenge Grand Finals" dünya çempionatında iştirak edib.
Modern.az