Modern.az

Ermənistan Müdafiə Nazirliyi Qarabağda əlil olan əsgərin müalicə istəyini rədd edib - FOTO

Ermənistan Müdafiə Nazirliyi Qarabağda əlil olan əsgərin müalicə istəyini rədd edib - FOTO

Təhsil

28 Oktyabr 2014, 10:42


Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrdə özbaşınalığın və qanunsuzluğun baş alıb getməsi bütün ermənilərin bildiyi gerçəklikdir. Erməni araşdırmaçı jurnalistləri bu özbaşınalığın sübutu olaraq əsgər Mais Qeqamyanın düşdüyü ağır durumu işıqlandırıblar. Modern.az saytı həmin reportajı təqdim edir.

Jurnalistlər Ermənistanın Araqatsotn vilayətinin Aruç kəndindən olan 19 yaşlı əsgər Mair Qeqamyanla “Nairi” tibb mərkəzində görüşüblər. O, kimyəvi-terapiya kursu keçir. Reportajda qeyd olunur ki, əsgər özünü pis hiss etdiyindən hökumətə, sadə insnalara müraciət etmək istədiyini bildirib.

“Hərbi xidmətə böyük sevinclə yollandım. İstəyirdim ki, bacım, qardaşım, doğmalarım rahat yatsınlar. Lakin mənim düşdüyüm vəziyyət... Yəqin siz situaisyanı tam anlamayacaqsınız”,  –deyərək amputasiya olunan ayağını göstərib.

Cavan oğlan 2013-cü il iylun 15-də hərbi xidmətə çağırılıb və dediyi kimi cəmi 45 gün əsgərlik edə bilib. Fziiki sağlamlığı yerində olan Mair Dağlıq Qarabğdakı “Martuni-2” hərbi hissəsində xidmət keçib. Lakin xidmətin 4-cü günü ona bədbəxtlik gətirib.

“100 metrlik məsafəyə qaçış zamanı yıxıldım və dizimi ciddi zədələdim. Məni tibb məntəqəsinə apardılar, lakin orda məni qeydiyyata almaqdan imtina etdilər. Səbəb kimi bu zədəyə görə özlərinə problem yaratmaq istəmədiklərini dedilər. Onlara çətinlik yaratmamaq üçün qeydiyyatdan keçməməyə razılıq verdim, lakin ayağımı müayinə etmələrini istədim. Onlar isə heç yarama baxmadılar”, - deyə Qeqamyan işğal olunmuş Azərbaycan torpaqlarındakı hərbi hissədə üzləşdiyi haqsızlıqdan danışıb.

Bir müddətdə ayağındakı ağırlar azalıb və xidmətini davam etdirmək üçün Qeqamyan işğal altındakı digər rayona – Füzuliyə göndərilib. Burada xidmət zamanı isə qarnında ağrılar hiss etməyə başlayıb. Bir neçə gündən sonra Xocavənd hərbi hospitalında onun üzərində cərahiyyə əməliyyatı aparılıb və kor bağırsağı kəsilib: “Həkimlər mənə dedilər ki, gəzməyə başlayım, halbuki, dizim şişimişdi və ağrı verirdi. Həkimdən xahiş etdim ki, dizimə baxsın, o isə dedi ki. rentgenoloq yoxdu”.

Tezliklə, heç bir müayinə olmadan Mais Qeqamyan evinə məzuniyyətə göndərilib. Onun anası Qayane oğlunun axsadığını görərək Yerevandakı hərbi hospitallardan birinə aparıb: “Mən həkimə dedim ki, ayağım ağrıyır, lakin o, hərbi xidmətə qayıtmaq istəmədiyimi düşündü”.

Hərbi hospitalda onun xəstəliyinə diqanoz təyin edə bilməyiblər. Daha bir neçə hərbi xəstəxana Qeqamyana yardım edə bilmədikdən sonra Ermənistan Milli Onkologiya Mərkəzində əsgərin biopsiyası keçirilib və Qeqamyanın dizindəki zədə yerində bədxassəli şişin - osteogen sakomasının əmələ gəldiyini deyiblər. Mair Qeqamyan kimyəvi terapiyanı keçdikdən sonra “Kanayan” tibb mərkəzində yenidən müayinədən keçib. Bu tibb mərkəzi isə ilkin diaqnozu inkar edib və xəstədə xoşxassəli şişin – osteoma olduğunu bildiriv. Bundan sonra Qeqamyanlar ailəsi kimyəvi terapiya kurslarından imtina ediv.

Lakin 2014-cü ilin mayında Mair Qeqamyan yenidən ayağında şiddətli ağrılar hiss ediv. Maqnit rezonans tomoqrafiyası keçiriliv və ilkin diqanoz osteogen sarkoma (bədxassəli şiş) diaqnozu təsdiqləniv.

Ailə Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək övladlarının xaricdə müalicə almasını təşkil etmələrini istəyib. Xidmət zamanı əlil olduğu üçün nazirlik tərəfindən 2-ci qrup əlillik dərəcəsi alan Mair Qeqamyan buna baxmayaraq, xaricdə müalicə istəyinə rədd cavabı alıb.

Atasının da oğlu kimi 2-ci qrup əlil olduğunu, anasının evdar qadın kimi ona baxıcılıq etdiyini, qardaşının isə azyaşlı olduğunu bildirən Mair Qeqamyan Milli Amputasiya Mərkəzində ayağının amputasiya edildiyini, ağciyərlərində metastazın olduğunu bildirib. Ağır vəziyyətdə olan Qeqamyan müalicə almazsa, yazın aylarda dünyasını dəyişəcək.

Ermənistan Müdafiə Nazilriyi isə Azərbaycanın işğal olunmuş torpaqlarında öz sağlamlıq qabiliyyətini itirən əsgərini müalicə etmək fikrində deyil.

Tərcümə etdi: Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı