Bu gün Azərbaycanda ilk dəfə Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir. Modern.az xəbər verir ki, Heydər Əliyev mərkəzində təşkil edilən forum İlham Əliyevin iştirakçılara müraciəti ilə başlayıb. Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub. Cənab prezident gənclər siyasətinin forumuna uğur arzulayıb.
Gənclər və İdman naziri Azad Rəhimov tədbirdən öncə jurnalistlərə açıqlamasında bildirib ki, Bakıda ilk dəfədir belə böyük gənclər siysətinin qlobal forum keçirilir.
“Bu forum böyük əhəmiyyət kəsb edir. Ona görə ki, 1998-ci ildən bu yana belə forum keçirilməyib. Bu Bakıda gəclərin ilk forumudur.160 ölkədən nümayəndə var. 105 ölkədən gənclər siyasətinə cavabdeh olan gənclər təşkilatların nümayəndələridir. 61 nəfər nazir nazir səviyyəli insanlar içtirak edəcək. Dünya son illərdə yeni çağrışlarla üzləşib. Gəclərlə bağlı siyasətə böyük önəm verilir.BMT tərəfindın gənclər siyasəti dünya qlobal siysətiini bir araya gətirir. Bu form BMT ilə birgə keçirilir. YUNESKO, Avropa Şurasından 5 əsas təşkiltı dəstək var. Burada qəbul olunan sənədlər qətnamə dünya qlobal gıənclər siysatıinı yeni təkan verəcəcək.
Qeyd edək ki, bu forumda forumda ümumilikdə 700 nəfər iştirak edir.
Avropa Şurası, YUNESKO, BMT-nin İnkişaf Proqrammı, BMT-nin Gənclər siyasəti üzrə elçsi və Azərbaycan höküməti tərəfindən keçirirlir.
Burada 4 beynəlxalq təşkilatçı nümayəndə heyəti isə Magdy-Soliman-BMT-nin İnkişaf Proqrammının rəhbər müavini (Helen Clark-ın müavini), Əhməd Əlhəndavi-BMT-nin nBaş katibinin Gənclər üzrə elçis, Senzana Samardzic-Markovic, Avropa Şurasının Demokratiya üzrə baş direktoru, Lalla ben Barka və YUNESKO baş direktorunun müavini rəhbərlik edir.
Forum çərçivəsində “Gənclər üzrə Beynəlxalq fəaliyyət üzrə Beynəlxalq proqrammların qəbulundan keçən 20 il ərzində əldə olunmuş naliyyətlər və çatışmamazlıqlar, “Müasir gənclər siyasətinin əsas elementleri” və “Gənclər siyasəti hazırlanması üçün Rəhbər Prinsiplər” plenar sessiyaların keçiriləcək.
Qeyd edək ki, forum 3 gün davam edəcək.
Məltəm TALIBZADƏ