Bu gün Azərbaycanda ilk dəfə Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir. Modern.az-ın məlumatına görə, foruma BMT-nin baş katibi Pan Gi Munun qatılması gözlənilsə də, bu baş verməyib. Səbəb hazırda BMT-də “Ebola” virusuna qarşı ciddi işlərin görülməsi ilə bağlıdır. O, forum iştirakçılarını online təbrik edib.
Forumda çıxış edən BMT-nin nümayəndəsi Ehmed Elhendavinin sözlərinə görə, gənclərin İŞİD kimi terror təşkilatlarına qoşulmaması üçün onlara sərmayə ayrılmalıdır: “Gənclərə sərmayə ayırmaq lazımdır ki, onlar daha yararlı işlərlə məşğul olsunlar, İŞİD kimi təşkilatlara qoşulmasınlar”.
