Modern.az

Bahar Muradova İqbal Ağazadənin təklifini məqbul saymadı

Bahar Muradova İqbal Ağazadənin təklifini məqbul saymadı

Təhsil

28 Oktyabr 2014, 12:51

“Bu, qondarma rejimin tanınması kimi dəyərləndirlə bilər”


“Mən Milli Məclisin deputatının qondarma rejimin keçirdiyi məhkəmədə girovların müdafiəsi üçün vəkillik etməsini mümkün hesab etmirəm”.

Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O bildirib ki, Azərbaycan Milli Məclisinin deputatlarının özlərinin vəkillik etmək barədəki çağırışı düzgün deyil:

“Bu, qondarma rejimin tanınması kimi dəyərləndirlə bilər. Qondarma qurumun qondarma hüquqi məhkəmə aktına etiraz edilməlidir. Amma bu, o demək deyil ki, Milli Məclisin üzvləri girovların müdafiəsi üçün Qarabağa getməlidir. Beynəlxalq təşkilatlar bu məsələyə cəlb edilməlidir”.

Qeyd edək ki, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Qarabağda  girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma məhkəməsində onları müdafiə etmək üçün vəkillik etməyə hazır olduğunu bəyan edib.

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı