Modern.az

Mübariz Qurbanlını Gülçöhrə Məmmədova əvəzlədi

Mübariz Qurbanlını Gülçöhrə Məmmədova əvəzlədi

Təhsil

28 Oktyabr 2014, 13:04

Milli Məclis bugünkü iclasında gündəlikdəki məsələlərin müzakirəsi başlayıb.

Modern.az saytının məlumata görə, deputatlar Əli Rüstəmovun Ali Məhkəmənin hakimi təyin edilməsinə razılıq veriblər. Bundan başqa, “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərara dəyişiklik edilməsi barədə məsələyə də baxıb.

Dəyişikliyə görə Azərbaycan-Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Gülçöhrə Məmmədova təyin edilib.

Bundan əvvəl həmin qrupun rəhbəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri, YAP icra katibinin müavini, keçmiş deputat Mübariz Qurbanlı olub.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı