Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın səhər çiskinli olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-10, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında oktyabrın 29-da bəzi yerlərdə duman, çiskin olacağı, şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Modern.az