Modern.az

Qüdrət Həsənquliyev: “Eldəniz Quliyev peşəkar təxribatçıdır”

Qüdrət Həsənquliyev: “Eldəniz Quliyev peşəkar təxribatçıdır”

Təhsil

28 Oktyabr 2014, 13:39


“Eldəniz Quliyev Azərbaycan polisi haqqında mənfi rəy yaradır. Bəzi ölkələrdə iğtişaşlarqabağı ilk növbədə hüquq-mühafizə orqanları gözdən salınır”.

Modern.az saytı xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev deyib. O, Milli Şuranın üzvü Eldəniz Quliyevin polisi təhqir etdiyini xatırladaraq, onun peşəkar təxribatçı olduğunu vurğulayıb.

Deputat qeyd edib ki, Eldəniz Quliyev Azərbaycanda təxribat yaratmaq istəyən şəxslərdən biridir: “O, prezident seçkisi qabağı “Talışları Müdafiə Komitəsi” adlı bir təşkilat yaratmışdı. Amma indi həmin qurumdan xəbər yoxdur”.
Qüdrət Həsənquliyev onu da deyib ki, bu gün Eldəniz Quliyevi müdafiə edənlər polisi gözdən salmaq istəyənlərdir. “Bunlar həmin şəxslərdir ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin kabinetinə gizlicə girib Heydər Əliyevə zəng edərək, onu Bakıya dəvət etmişdilər. Bunlar xəyanətkarlardır”.

Azərbaycan polisini təhqir etməkdə ittiham olunan Eldəniz Quliyevi daxili işlər naziri Ramil Usubov məhkəməyə verib.

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı