Modern.az

Sabah Bakının bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

Sabah Bakının bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

Təhsil

28 Oktyabr 2014, 17:07


Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə su xəttinin magistral yola düşən hissəsinin köçürülməsilə əlaqədar içməli su məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-nin  ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Bakıətrafı dairəvi avtomobil yolunun tikintisi işləri çərçivəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə su xəttinin magistral yola düşən hissəsinin köçürülməsilə əlaqədar oktyabrın 29-da gün ərzində Mehdiabad, Digah, Məhəmmədi, Sabunçu, Zabrat qəsəbələrinə, Gülüstan yaşayış massivinə  və Xəzər rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı