Modern.az

ABŞ rəsmisi kəlbəcərli girovlar barədə sualı cavablandırmaqdan imtina edib

ABŞ rəsmisi kəlbəcərli girovlar barədə sualı cavablandırmaqdan imtina edib

Təhsil

29 Oktyabr 2014, 00:41


ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülmələri və  onlara keçirilən qondarma “məhkəmə prosesi” ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

APA-nın Rusiyanın Ria Novosti agentliyinə istinadən verdiyi məlumata görə, C. Psaki bununla bağlı sualı şərh etmək istəməyib: “Bu konkret iş barədə bizim kifayət qədər məlumatımız yoxdur”.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Onlara qarşı hazırda ermənilər qondarma “ məhkəmə prosesi” “keçirirlər”.

  Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...