Rusiya Dövlət Dumasının vitse-spikeri Lyudmila Şvetsova 65 yaşında dünyasını dəyişib.
Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, onun ölümünə uzun illərdir yoluxduğu xəstəlik olub. Lyudmila Şvetsova 1949-cu il sentyabrın 24-də Almaatıda anadan olub.
2010-cu ildən Dumanın vitse-spikeri idi. Şvetsova buna qədər uzun illər Moskva hökumətində işləyib. Rusiya paytaxtının keçmiş meri Yuri Lujkovin, sonradan indiki mer Sergey Sobyaninin müavini olub.
Modern.az