Modern.az saytı xəbər verir ki, “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağeyev vəzifəsindən azad edilib. Bu barədə onun özü məlumat verib.
“Bu gündən etibarən öz təşəbbüsümlə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunmuşam”-deyə o, bildirib.
A.Ağayev 1999-2006-cı illərdə “Kaspi” qəzetində çalışıb. “Azəriqaz”a mətbuat xidmətinin rəhbəri təyin olunanadək isə ARDNŞ-in Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda kadrlar şöbəsinin rəisi olub.
Gülşən RAUFQIZI