Modern.az

Lalə Şövkətin lideri olduğu hərəkatın gələcək planları AÇIQLANDI

Lalə Şövkətin lideri olduğu hərəkatın gələcək planları AÇIQLANDI

Təhsil

29 Oktyabr 2014, 12:31

“Milli Birlik Hərəkatı hazırda fəaliyyətini davam etdirir”. Bunu Modern.az saytına Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. O bildirib ki, ALP lideri Lalə Şövkətin liderlik etdiyi Milli Birlik Hərəkatının indi də iclasları keçirilir. Onun sözlərinə görə, Milli Birlik Hərəkatı, sadəcə olaraq mövcud fəaliyyəti ilə bağlı piar aparmır.

Partiya sədri Lalə Şövkətin liderlik etdiyi Milli Birlik Hərəkatının gələcək planlarını da açıqlayıb:

“Bizim gələcək planımız, Milli Birlik Hərəkatı tərkibində Liberal Partiyası olaraq 2015-ci il parlament seçkisində iştirak etməkdir. Yəni deputatlığa namizədlərimiz, həm Liberal Partiyasında, həm də Milli Birlik Hərəkatında təmsil olunan ziyalılardan, QHT üzvlərindən ibarət olacaq. Milli Birlik Hərəkatının bütün tədbirləri Liberal Partiyasının lideri Lalə Şövkətin iştirakı ilə keçirilir”.

Lalə Şövkət 2003-cü ilin iyun ayında ALP-nin qurultayında partiya sədrliyindən istefa verib. O, bundan sonra  həmin il keçirilən prezident seçkilərində Milli Birlik Hərəkatının lideri kimi prezidentliyə namizədliyini verib.  

Milli Birlik Hərəkatı 2005-ci ildə parlament seçkisində də iştirak edib.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı