Modern.az

Azərbaycanlı akademik Oksfordun təsisçiləri sırasında yer alıb

Azərbaycanlı  akademik Oksfordun təsisçiləri sırasında yer alıb

Təhsil

29 Oktyabr 2014, 13:47


Azərbaycan Milli Elmlər Akademiyasının  Geologiya və Geofizika İnstitutunun  tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb.

Modern.az institutun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni qurum elm və təhsil liderlərinin Oksford sammitində imzalanmış memorandumla yaradılıb. Avropa Biznes Assambleyası tərəfindən təşkil olunan  tədbirdə Azərbaycandan əlavə 30-dan çox ölkə təmsil olunub. H.Quliyevin təsisçilərin sırasında yer alması sammitin təşkilat komitəsinin təklifi ilə reallaşıb  

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...