Modern.az

Əcnəbi Tələbələrin 1-ci Azərbaycan dili olimpiadasının ilk mərhələsi keçirildi

Əcnəbi Tələbələrin 1-ci  Azərbaycan dili olimpiadasının ilk mərhələsi keçirildi

Təhsil

29 Oktyabr 2014, 14:08


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Əcnəci tələbələrin 1-ci Azərbaycan dili olimpiadası” layihəsinin əsas mərhələsi  ugurla baş tutub. Bakı Beynəlxalq Tələbə Klubunun həyata keçirdiyi bu layihə çərçivəsində əcnəbi tələbələr  bu dəfə öz Azərbaycan dili bacarıqlarını  peşakar münsiflər heyəti qarşısında  nümayiş etdirdilər. Oktyabr ayının 24-də “Bakı Caz Mərkəzində” Azərbaycanın 7 ali təhsil müəssisəsindən (ADNA, ADİU, ATU, AZTU, AZMİU, BSU, Xəzər) 100-dən çox əcnəbi tələbə finala keçmək uğrunda yarışdılar .

Olimpiadanın münsiflər heyətində millət vəkili Aydın Mirzəzadə, tanınmış prodüser Murad Dadaşov, 2014-cü ilin Olimpiya səfiri, əməkdar artist Tünzalə Ağayeva və xəbər aparıcısı Samira Mustafayeva təmsil olunurdular . Münsiflər iştirakçıların çıxışlarına öz münasibətlərini bildirdilər və onların bacarıqlarını bal sistemi ilə qiymətləndirdilər. Bu mərhələdə iştirakçılar  qısa zamanda iştirak üçün universitetlərin və Bakı Beynəlxalq Tələbə Klubunun köməyi ilə Azərbaycan dilində şeir , mahnı, atalar sözləri və kəlamlar öyrənərək çıxışlar etdilər.  

Layihəni həyata keçirən ,  Bakı Beynəlxalq Tələbə Klubunun sədri  Aysəba Mirzəyevanın sözlərinə görə , bu olimpiadanın əsas hədəflərindən biri əcnəbi tələbələr arasında azərbaycan dilinin təbliği, dilimizə olan sevgilərinin artırılması, onlar arasından istedadlı gənclərin üzə çıxarılmasıdır.

Qeyd edək ki, layihənin bağlanış və seçilən iştirakçıların mükafatlandırma mərasimi  rəsmilərin iştirakı ilə yaxın günlərdə baş tutacaq. 

Modern.az

 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı