Türkiyənin Qaraman bölgəsində Has Şəkərlər Mədənçilik şirkətinə aid olan kömür şaxtasında baş verən qəzada 18 işçi suyun altında qalıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədə itkin düşən işçilər barəsində hələ də heç bir məlumat yoxdur. Faktı Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldızın son rəsmi açıqlaması da təsdiqləyib. Nazir son açıqlamada vəziyyətin hələ də qənaəətbəxş olmadığını qeyd edib: “Mədəndəki suyun səviyyəsi işçilərimizin olduğu yerdən yüksəkdədir. Çox təəssüf ki, həqiqət budur. Suda görünüş məsafəsi heç bir metr də deyil. Dalğıcların isə 3-4 metr irəli getməsi çox təhlükəlidir.”
Qeyd edək ki, Soma hadisələrindən sonra Qaramanda baş verən su basqını qardaş Türkiyədə ikinci böyük mədən fəlakəti hesab olunur.
Elmin NURİ