Rusiya prezidenti Vladimir Putinin xərçəng xəstəsi olması ilə bağlı Qərb mətbuatının yazdığı iddialara rəsmi cavab verilib.
Modern.az saytı rus mənbələrinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı sərt açıqlama verib: “Belə bir şeyi gözləməsinlər. Onların dili qurusun. Hər şey normaldır”,-deyə Dmitri Peskov bildirib.
Xatırladaq ki, “Nyu-York Post” jurnalı Vladimir Putinin xərçəng xəstəliyinə tutulmasını iddia edib.
Modern.az