Modern.az

Rusiyada həbs olunan azərbaycanlı deputatın oğlu danışdı: "Atamı baş prokuror şərləyib"

Rusiyada həbs olunan azərbaycanlı deputatın oğlu danışdı: "Atamı baş prokuror şərləyib"

Təhsil

29 Oktyabr 2014, 16:52

Fuad Sayadov : “Atam baş prokuror Sergey Bajutovun saxta ittihamları ilə həbs edilib”


Rusiyanın Komi Respublikasının Dövlət Şurasının deputatı, terrorçuluğu maliyyələşdirməkdə təqsirləndrilərək həbs olunan azərbaycanlı Akif Sayadov saxta ittihamlarla həbs edilib. Bunu Modern.az-a a həbs olunan deputatın oğlu Fuad Sayadov deyib. Onun sözlərinə görə, Akif Sayadov şəxsi mübahisənin qurbanı olub:

“Atam son vaxtlar hüquq-mühafizə orqanları tərəfindən iki dəfə şərlənməyə məruz qalmışdı. Rusiya Federasiyası Komi Muxtar Resrublikasının baş prokuroru Sergey Bajutov iki dəfə Akif Sayadova qarşı saxta ittihamlarla cinayət işi başladı. Atamın baş direktoru olduğu “Uxtaneftqazgeologiya” ASC-də yoxlamalar başlandı. Amma, heç bir sübut tapa bilmədikləri üçün cinayət işinə xitam verildi. Amma, prokuror yenə də onunla prinsipini davam etdirdi. Bu dəfə isə onu daha gülünc bir ittihamla təqsirləndirmək istəyirlər”.

Deputatın oğlu deyir ki, Akif Sayadova qarşı torrorçuluğu maliyyələşdirmə maddəsilə cinayət işi başlanıb. Bu ittiham isə həddindən artıq absur sübutla əsaslandırılır:

“İttihamda göstərilir ki, guya Akif Sayadov müsəlman ölkələrinə tez-tez səfər edir və bu müsəlman ölkəsi də Azərbaycandır. Atamın Azərbaycana tez-tez gəlməsi isə ailəmizlə bağlıdır. Çünki ailəmiz Bakıda yaşayır və atam da təbii ki, tez-tez ailəsinə baş çəkməyə gəlir. Atamın Azərbaycandan başqa heç bir xarici ölkəyə tez-tez səfəri olmayıb və bunu istintaq da təsdiqləyir. Elə burdan da məlumdur ki, atama qarşı irəli sürülən ittihamlar tam saxtadır. Atam baş prokurorun sifarişi ilə həbs edilib və ona qarşı irəli sürülən ittihamlar da əsassızdır”.

Fuad Sayadov hazırda atasının səhhətindən də narahat olduğunu və onun həyatına təhlükə yarana biləcəyini bildirib:

“Atam ağır xərçəng xəstəsidir və mütəmadi həkim nəzarətindədir. Son vaxtlar isə onun xəstəliyi daha ciddiləşib. Həbs olunduğu günə qədər o, 6 seans kimyaterapiya alıb. Bunu baş prokuror da bilir. Növbəti kimyaterapiya seansı isə noyabrın 2-də olmalı idi. Amma, baş prokurorun sifarişi ilə o, oktyabrın 27-də bilərəkdən həbs edilib ki, müalicəasini yarımçıq qoysun. Əgər noyabrın 2-də atam kimyaterapiya olunmasa, əvvəlki seansların da heç bir xeyri olmayacaq və atamın həyatı təhlükə altında olacaq. Atam oktyabrın 27-də qəfil ittihamlarla həbs edilib saxlanılıb və barəsində dərhal da həbs qərarı çıxarılıb. Artıq Rusiyanın bütün əlaqədar qurumlarına müraciət etmişik ki, heç olmasa istintaq dövründə atam xəstəxana tipli müəssisədə saxlanılsın ki, müalicəsi davam etdirilsin”.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi bölməsi də Akif Sayadova qarşı irəli sürülən ittihamları cəfəngiyat adlandırıb.

63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Azərbaycanda - Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2006-cı ilin martında “İntaneft” QSC-nin əvvəlcə baş, sonra isə icraedici direktoru təyin edilib. 2008-ci ilin yanvar-may aylarında “Geotex Menecment” holdinqdə biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən “Uxtaneftqazgeologiya” ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim “Vahid Rusiya” fraksiyasının üzvüdür.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı