Modern.az

Bayram Səfərov: “Azərbaycanlı girovlarla bağlı məhkəmə erməniləri dünyada biabır edəcək”

Bayram Səfərov: “Azərbaycanlı girovlarla bağlı məhkəmə erməniləri dünyada biabır edəcək”

Təhsil

29 Oktyabr 2014, 17:38



Ermənilərin oktyabrın 27-də girovlarla bağlı “məhkəmə”ni Azərbaycan ərazisi olan Xankəndidə təşkil edib dünyaya öz torpaqları kimi tanıtmasına, girovlarla bağlı fotossesiya edib şouya çevirməsinə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ciddi etiraz edib. İcmanın rəhbəri Bayram Səfərov Modern.az saytına deyib ki, ermənilər həmişə belə olublar:  

“Həmişə təxribatla məşğuldurlar. Ermənilər ondan başqa heç  nə edə bilmirlər. Ermənilər dünyada biabır olmuş millətdir. Dünya ictimaiyyəti bir daha ermənilərin necə millət olduğunu tanıdı. Onların Azərbaycan ərazisi olan Xankəndidə azərbaycanlı girovlarla bağlı məhkəmə qurması tamamilə qanunsuzdur”.

Onun sözlərinə görə, bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Deməli, ermənilərin ittiham etdiyi bizim soydaşlarımız öz torpağımıza gedəndə həbs olunublar. İndi həmin girovlara qarşı öz torpağımızda - Xankəndidə necə məhkəmə qurula bilər? Mənə elə gəlir ki, beynəlxalq təşkilatlar ermənilərin bu qanunsuzluğuna ciddi reaksiya verməli, girovlar tezliklə buraxılmalıdırlar”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı