Modern.az

Azərbaycan XİN ermənilərin Zəngilanda uşaq bağçası açmağını şərh etdi

Azərbaycan XİN ermənilərin Zəngilanda uşaq bağçası açmağını şərh etdi

Təhsil

29 Oktyabr 2014, 17:47

Azərbaycan Xarici İşlər Nazirliyi işğal altındakı Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının ildönümü ərəfəsində orada uşaq bağçasının açılış mərasimi keçirilməsinə münasibət bildirib.
“Prezidentlər səviyyəsində bu ilin 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşün fonunda Ermənistan bu addımı təxribat xarakteri daşıyır”-deyə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib.

Onun sözlərinə görə, 1993-cü ilin 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamayıb. Bu kimi addımlar bir daha ona dəlalət edir ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasətini yürüdür.

“İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bu kimi fəaliyyətin aparılması 1949-cu il Cenevrə Konvesiyası və onun əlavə protokollarına birbaşa ziddir.

 BMT Təhlükəsizlik Şurasının 1993-cü il 11 noyabr tarixli 884 saylı qətnaməsində Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi pislənilir və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı