Modern.az

Ərdoğan yeni saraya köçdü - FOTOLAR

Ərdoğan yeni saraya köçdü - FOTOLAR

Təhsil

29 Oktyabr 2014, 17:48

 

Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı ilə bağlı qəbul ölkənin tarixində ilk dəfə bu gün Çankaya köşkündən kənardakı bir məkanda keçiriləcək.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəbulun keçiriləcəyi yeni məskənin adı isə “Prezident Sarayı” elan edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə Atatürk meşə ərazisi içində yeni baş nazirlik binası olaraq tikilən, ancaq daha sonra prezidentliyinə təhvil verilən Beştepe məskəninin rəsmi adı ötən gün gecə yarısı rəsmiləşdirilib. Ərdoğanın gecə yarısı açıqladığı 29 oktyabr proqramı ilə yeni məskənin adının “Prezidentlik Sarayı” olduğu elan edilib.  

Yeni məskənin adı bundan əvvəl qeyri-rəsmi olaraq “Ağ Saray” kimi də adlandırılırdı.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!