Modern.az

Lütfi Zadə Rafiq Əliyevə məktub yazdı: “Sən elədiklərini heç kim edə bilməzdi”

Lütfi Zadə Rafiq Əliyevə məktub yazdı: “Sən elədiklərini heç kim edə bilməzdi”

Təhsil

29 Oktyabr 2014, 18:16


Amerikada yaşayan dünya şöhrətli Azərbaycan əsilli alim Lütfi Zadə elmi varisi, qeyri-səlis məntiq nəzəriyyəsinin mütəxəssislərindən olan Rafiq Əliyevə məktub yazıb. Məktubda Rafiq Əliyevin son bir ildə gördüyü geniş elmi işlər barəsində söhbət açılıb. Modern.az saytı həmin məktubu təqdim edir: 

“Əzizim Rafiq,
Sənin son zamanlar çap etdirdiyin kitabları aldım. Ürəkdən təbrik edirəm. Bu elmi işlərin qərar qəbuletmə nəzəriyyəsi və başqa əlaqəli sahələrdə yeni və fundamental vacib olan istiqamət açır. Sən elədiklərini heç kim edə bilməzdi. Sənin bu katablardakı elmi nəticələrin müfəssəl olmayan (imperfekt) informasiya ilə işləmək sahəsində bizim imkanlarımızın genişləndirilməsinə böyük töhfədir.

Dərin heyranlıqla,
Lütfi Zadə”.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı