Komi Respublikasının deputatı, “Uxtanneftqazekologiya” şirkətinin direktoru Akif Sayadov iqtisadi cinayətlərə görə həbs olunub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Komi Republikası polisinin istintaq idarəsindən bildirilib. Məlumatda qeyd edilir ki, Akif Sayadov bir sıra iqtisadi cinayətlər törətməkdə şübhəli bilindiyinə görə, barəsində həbs qətimkan tədbiri seçilib. O, Sıktıvkar təsridxanasında saxlanılır. “Krasnoe Znamya” qəzeti isə Sayadovun beynəlxalq terrorizmi maliyyələşdirməkdə ittiham olunduğunu yazıb. Ümumrusiya Azərbaycanlıları Konqresinin Komitədəki şöbəsi isə ittihamların absurd olduğunu bəyan edib.
Akif Sayadov Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
Modern.az