Siz yəqin düşünürsünüz ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkədə ən tanınmış şəxsiyyətlərindən biridir. Modern.az xəbər verir ki, “Daily Mail” portalı belə sualla oxucularına müraciət edib. Bir mənbənin məlumatına görə, krallıqda üçüncü böyük şəhər hesab olunan Lidsdə baş naziri tanımayıblar. Yerli “Toni & Guy” salonunun administratoru oğlunun saçını qırxdırmaq üçün gələn baş nazirə xidmət göstərməkdəm imtina edib. Salonun işçisi bəyan edib ki, boş yer yoxdur. Kemeronu tanıyan salonun meneceri onun arxasınca getsə də, baş nazirə yetişə bilməyib. Mənbə onu da bldirib ki, baş nazirin şəxsi bərbəri Londondan Çekersə getməkdən imtina edib. Baş nazir orada yaşayırvə bərbər Kemerona Londondakı rezidensiyasında xidmət edir. Bu səbəbdən baş nazir bərbərxanaya getməyə məcbur olub. Bu saç qırxdırma Kemerona 145 dollara başa gəlib.
Modern.az