Zambiyanın vitse-prezidenti Qay Skott ilk dəfə Afrika dövlətinin başçısı olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Skott Zambiyanın 77 yaşlı prezidenti Maykl Satın bu gün Londondakı klinikada ölümündən sonra müvəqqəəti olaraq ölkənin rəhbərinin vəzifəsini icra edəcək. Zambiyanın müdafiə naziri prezident seçkilərinin yaxın 3 ay müddətində keçiriləcəyni bildirib. Skott Böyük Britaniyadan Zambiyaya mühacirətə gələn ailədə anadan olub. O, ali təhsilini Kembric Universitetində alıb.
Modern.az