Modern.az

Litva dövlət televiziyasından Qarabağla bağlı təhrif

Litva dövlət televiziyasından Qarabağla bağlı təhrif

Təhsil

30 Oktyabr 2014, 00:40

Litva dövlətinin «Mədəniyyət» Tv kanalında rejissor Vardan Hovhannisyanın Qarabağ müharibəsi ilə bağlı «Döyüş və Sülh zamanında insanların hekayəsi» başlıqlı sənədli filmin nümayişi olub.

Modern.az xəbər verir ki, filmdə Qarabağ müharibəsi zamanı bütün faktlar təhrif edilib, birtərəfli şəkildə humanizm faktoru önə çəkilib, seperatçı ermənilərə haqq qazandırılıb.

Xatırladaq ki, bu filmin təqdimatı Xocalı soyqırımı günü, məhz 26 fevralda reallaşdırmışdı.

Təqdimat zamanı erməni cəmiyyəti üzvləri ilə yanaşı Litva Parlamenti, müxtəlif nazirlər, rejissorlar, tanınmış media mənsubları, tarixçilər və əsgərlərin iştirak etməsinə baxmayaraq, filmə insanlıq prizmasından yanaşan ermənilərə Xocalı soyqırımı günü belə haqq sözünü deyən olmayıb.

Təqdimat Ermənistan səfirliyi ve Litva Kinomatoqraflar Birliyinin ortaq dəstəyi ilə təşkil edilib.

Şahin Qocayev  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı