Modern.az

Qənirə Paşayeva insanları banka turşularıyla ehtiyatlı olmağa çağırıb

Qənirə Paşayeva insanları banka turşularıyla ehtiyatlı olmağa çağırıb

Təhsil

30 Oktyabr 2014, 09:50

 

(Millət vəkili Qənirə Paşayevanın şəxsi facebook profilində status)

Hər bir insanımızı bu məsələdə xüsusi diqqətli olmağa çağırıram.
Bu gün Tovuzda,Aşağı Öysüzlü kəndində bir ailəmizi sağ olsun həkimlərimiz ölümün əlindən ala bildi. Çox narahat bir gün yaşadıq. Davamlı rayonun baş həkimi Paşa həkimlə, mütəxəsislərlə ailənin vəziyyəti ilə bağlı müzakirələr apardıq. Hər şey bir banka pomidor turşusu yeməklə başlayıb.Və 7 nəfərlik ailə pomidor turşusundan zəhərlənib.Ailə başçısı Xəqani Yusifov özü də daxil olmaqla həyat yoldaşı Xalidə xanım, qızları 16 yaşlı Ayşə, 14 yaşlı Aygün, 11 yaşlı Aytən, 4 yaşlı Aidə Yusifova və oğlu 9 yaşlı Qismət Yusifov yaxşı ki təcili Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlara tez bir zamanda botulizm əlehinə vaksinlə bərabər təcili müzalicələr başlanılıb. Amma bu zəhərlənmə o qədər dəhşətli zəhərlənmədir ki, bəzən insanı xilas etmək gec olur.

Çox şükr ki, ailə üzvləri kritik vəziyyətdən çıxdı və vəziyyətləri müsbətə doğru gedir. Bir az əvvəl ailənin başçısı Xəqani qardaşımızla danışdım və ona və ailəsinə keçmiş olsun diləklərimi çatdırdım. Allah və həkimlərimizin yardımı ilə inşallah tamam sağalacaqlar. Həkimlərimiz əllərindən gələni edirlər. Amma bütün insanlarımıza səslənmək istəyirəm.

Banka turşuları ilə ehtiyatlı və diqqətli olun. Bəzi insanlar bu ailə kimi deyə bilər ki, turşunu biz özümüz hazırlayırıq. Amma bu əsas deyil. Banka turşusunu açdıqda diqqətli olun. Əgər hətta çox az da olsa bulanıqlıq varsa onu yeməyin çünki bu sizin və ailənizin həyatı üçün çox ciddi zərər ola bilər. Bəzən isə faciə ilə bitə bilir. Həkimlərimizin özəlliklə qışa doğru bu kimi problemlərin artması ilə bağlı fikirləri məni bunları yazmağa sövq etdi.

Diqqətli olun. Allah Xəqani qardaşımızın ailəsinə yardımçı olsun.

Dualarınızı onlar üçün əksik etməyin.

 

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı