
Milli Məclis 2015-ci ilin dövlət büdcəsi zərfinə dair müzakirələrə noyabrın 5-də start veriləcək. Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, qanunverici orqanın 5 komitəsi birgə iclas keçirərək, büdcə zərfinə dair müzakirə aparacaq.
Parlamentin İqtisadi siyasət, Aqrar siyasət, Sosial siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya komitələri 2015-ci ilin dövlət büdcə zərfini bir yerdə müzakirə edəcək.
Aqşin Kərimov