Modern.az

Qırğızstanda azərbaycanlı şirkət müdiri rüşvət başında yaxalandı

Qırğızstanda azərbaycanlı şirkət müdiri rüşvət başında yaxalandı

Təhsil

30 Oktyabr 2014, 12:06

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 38 yaşlı Azərbaycan vətəndaşı Rəşad.M həbs olunub. Modern.az saytı Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Qırğızıstan vətəndaşlığını qanuni alıb-almaması ilə bağlı yoxlama aparan polisə yoxlamanı dayanrıması üçün 3 min dollar rüşvət verərkən həbs olunub. Azərbaycan vətəndaşı saxlanılıb və  onun barəsində “rüşvət vermə” maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Rəşad M. Qırğızıstan ərazisi vasitəsilə Çindən Rusiyaya yük daşımaları həyata keçirən şirkətə rəhbərlik edir.

Vüqar İsmayılov    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı