Modern.az

Daha bir xarici KİV-də AzərTAc-ın baş direktorunun məqaləsi yayımlanıb

Daha bir xarici KİV-də AzərTAc-ın baş direktorunun məqaləsi yayımlanıb

Təhsil

30 Oktyabr 2014, 12:52

ABŞ-ın daha bir portalı - “Foreign Policy News” AzərTAc-ın baş direktoru Aslan Aslanovun “Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə transformasiya labüddür” sərlövhəli məqaləsini yayıb.

AzərTAc xəbər verir ki, məqalədə yeni informasiya texnologiyalarının inkişaf tendensiyalarından və sosial şəbəkələrlə ənənəvi media arasında qarşılıqlı təsirdən bəhs edilir, IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu mövzuya həsr olunmuş “dəyirmi masa”da səsləndirilən fikir və təkliflərə münasibət bildirilir. Müəllif, həmçinin sosial mediadan informasiya mənbəyi kimi istifadə olunmasının, xəbər agentliklərinin müasir dövrün çağırışları ilə ayaqlaşmasının zəruriliyinə dair mülahizələrini diqqətə çatdırır,  AzərTAc -ın bu sahədəki təcrübəsindən bəhs edir.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı