Modern.az

İŞİD-in daha bir vəhşiliyi: 250 adamı edam etdilər

İŞİD-in daha bir vəhşiliyi: 250 adamı edam etdilər

Təhsil

30 Oktyabr 2014, 13:07

“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə əlaqədar yenə qan donduran bir iddia gündəmə gəlib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat bu dəfə 250 sünni iraqlını qaçıraraq edam edib. Üstəlik, cəsədlərin bir qismini yolda xalqa ibrət olsun deyə sərgiləyiblər.

Məlumatda qeyd edilir ki, Enbar Əməliyyatlar Komandiri general-leytenant Raşid Felih terror təşkilatı İŞİD-in İraqın Enbar şəhərində sünni Bunmer tayfasına mənsub olan 250 adamı qaçırdıqdan sonra edam edib. Enbar vilayətinin Hit qəsəbəsində yaşanan vəhşilikdə qətlə yetirilən 30 adamın cəsədləri yerli xalqa ibrət olsun deyə yolda yan-yana düzülüb.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı