Modern.az

Türkiyənin təhsil nazirinin müavini Mikayıl Cabbarovla görüşüb

Türkiyənin təhsil nazirinin müavini Mikayıl Cabbarovla görüşüb

Təhsil

30 Oktyabr 2014, 13:12


Türkiyənin milli təhsil nazirinin müavini Yusuf Təkinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 28-29-da Azərbaycanda səfərdə olub.

Modern.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, səfər zamanı ölkələrimiz arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə nəzər salınıb.

Nümayəndə heyəti təhsil naziri Mikayıl Cabbarov, onun müavini Ceyhun Bayramov və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərovla görüşüb.

Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın əhəmiyyəti bir daha vurğulanıb, digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyəli əlaqələrin inkişafı yolları və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Yusuf Təkin Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qrupları çərçivəsində pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr qarşısında çıxış edib.

Məltəm TALIBZADƏ  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı