Modern.az

“Röyal” mebel mağazasını qarət edən dəstə yaxalandı

“Röyal” mebel mağazasını qarət edən dəstə yaxalandı

تحصیلات

30 Oktyabr 2014, 13:22

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da quldurluq yolu ilə “Röyal” mebel mağazasının gözətçisi İbrahim Quliyevin əllərini və ağızını yapışqanlı lentlə bağlayıb oranın müdirinin iş otağındakı, içərisində 20 min  manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüb gedən dəstə üzvləri tutulublar. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, saxlanılanlar Yevlax rayon sakinləri Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadiğarovdur.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı