Modern.az

Türkiyəli nazirdən mədəndə qalan işçilərlə bağlı pessimist AÇIQLAMA

Türkiyəli nazirdən mədəndə qalan işçilərlə bağlı pessimist AÇIQLAMA

Təhsil

30 Oktyabr 2014, 13:40


Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız Qaraman bölgəsində  mədən qəzası yaşanan müəssisədə aparılan xilasetmə işləri ilə bağlı açıqlama verib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Taner Yıldız mədən ocağındakı su basması səbəbiylə orda qalan işçilərin qurtarılma işlərinin fasiləsiz davam etdiyini söyləyib: “Suyun axıdılması ilə bağlı problem yoxdur, amma su qurtardıqca arxasınca palçıq və çöküntülərin gəlməsi aparılan işləri çətinləşdirir”.

Nazir “zaman keçdikcə 18 işçiylə bağlı ümidlərin azaldığını söyləmək məcburiyyətindəyəm” deyib.   Qeyd edək ki,Türkiyədə kömür mədənində su borusunun partlaması nəticəsində 18 nəfər su altında qalıb. Onların sağ qalmaq ehtimalı sıfıra bərabərdir.  

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı