Modern.az

Sabah yağış yağacaq, bəzi ərazilərdə güclü külək əsəcək

Sabah yağış yağacaq, bəzi ərazilərdə güclü külək əsəcək

Təhsil

30 Oktyabr 2014, 14:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında       oktyabrın 31-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə  9-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət  75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 31-də gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı